EN

Abxaziya lideri Bjaniya: “Müxalifət Rusiyanı aldatmağa çalışır”

Abxaziya müxalifəti Rusiyaya sədaqətini nümayiş etdirir, əslində isə iki dövləti birləşdirən hər şeyi pozur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu tanınmamış respublikanın “prezident”i postunu tutan Aslan Bjaniya “Vzqlyad” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Abxaziayaya rəhbərlik etdiyi dörd il ərzində müxalifət nümayəndələri Abxaziyanı Rusiya ilə birləşdirən hər şeyi “torpedadan keçiriblər”. Nümunə kimi o, Abxaziyanın rəhbərliyi ilə müxalifəti arasında Pitsundadakı keçmiş dövlət bağ evinin Rusiyaya verilməsi ilə bağlı münaqişəni və müxalifətçilərin “Abxaziyanın Rusiya tərəfindən müstəmləkəçiliyi” ilə bağlı ritorikadan israrla istifadə etməsini göstərib.

“İndi müxalifətçilər Rusiya rəhbərliyinə and içirlər ki, bütün razılaşmaları yerinə yetirəcəklər. Bu cür ucuz hiylə ilə insanları çaşdırmağa çalışırlar”, - Bjaniya yekunlaşdırıb.

Bundan əvvəl Abxaziya müxalifəti Bjaniyaya kompromis təklif etmişdi. Etirazçılar hazırkı vitse-prezidentin respublika rəhbərinin səlahiyyətlərini müvəqqəti icraçı təyin etməyə razılaşıblar, bir şərtlə ki, baş nazir postunu müxalifətdən olan namizəd tutsun.

Musavat.com

Chosen
15
musavat.com

1Sources