EN

Büdcə xərclərinin inflyasiyaya təsiri davam edəcək - Taleh Kazımov

2025-ci ildə dövlət büdcəsi xərclərinin inflyasiyaya təsiri davam edəcək. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, gələn il büdcənin ümumi xərclərinin inflyasiyaya 0,2 %, o cümlədən cari xərclərin 0,2 %, əsaslı xərclərinin isə neytral təsir edəcəyi gözlənilir.

"İnflyasiya təzyiqlərinin azalmasını və inflyasiya proqnozunun hədəf daxilində olmasını nəzərə alaraq, Mərkəzi Bank cari ildə pul siyasətini həm dəyər, həm də kəmiyyət baxımından yumşaldıb. Faiz dəhlizinin əsas parametrləri olan uçot dərəcəsi ötən ilin sonunda 8% olduğu halda, hazırda 7,25%-dir. Təhlillərimiz göstərir ki, uçot dərəcəsinin bu səviyyəsi iqtisadi şəraitin neytral səviyyədə təmin olunmasına imkan verir. Likvidliyin tənzimlənməsi çərçivəsində isə Mərkəzi Bank cari ilin əvvəlindən başlayaraq sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Belə ki, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 10 ayında 3.12 dəfə azalıb",   - Kazımov bildirib. 

Onun sözlərinə görə, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti, tənzimləmə və nəzarət çərçivəsi maliyyə sektorunun, maliyyə bazarlarının və maliyyə infrastrukturunun sabit fəaliyyətinə və həmçinin hesablaşmaların fasiləsizliyinə yönəlib.
 
Maliyyə sektoru üzrə kapital adekvatlığı 17.2%, likvidlik əmsalı isə 134% təşkil edir.
 
2024-cü ilin ilk 9 ayında kredit portfeli 15.2%, o cümlədən biznes kreditləri 14.2% artıb, biznes kreditlərinin ümumi portfeldəki payı 54%-ə yüksəlib, valyuta kreditlərinin payı 17.3%-ə enib. 

"9 ayda bank sektoruna inam artıb, bank depozitləri 4.4%, o cümlədən fiziki şəxslər üzrə 10.1% artıb.  Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 34.6% təşkil edir. Sığorta sektoruna inam arıb, sığorta yığımları 9.4% artaraq 1.24 milyon manat, sığorta ödənişləri isə 38.2% artaraq 554 milyon manat olub",    - Kazımov deyib.
 
N.Təbrizli



www.anews.az
Chosen
62
17
anews.az

10Sources