EN

"Artıq geriyə, normallığa dönüş yoxdur” - "Bu, Qərbin ya qalib, ya da məğlub ola biləcəyi qlobal savaşdır"

“Rusiyanın bütövlükdə nəyləsə bağlı danışıq aparmaq niyyətinin olduğunu düşünmək sadəlövhlükdür”.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın keçmiş baş hərbi və kəşfiyyat müşaviri Oleksandr Danilyuk tərəflər arasında sülh danışıqlarının perspektivlərini şərh edərkən bildirib.

"Onların siyasi məqsədi dünyanın güvənlik arxitekturasını məhv etmək, yaxud yenidən işə salmaqdır. Mənim proqnozum: Rusiya danışıqlardan Qərbin Ukraynaya dəstəyini azaltmaq üçün istifadə edəcək və özünün Qərbə qarşı qorxunc xaç yürüşünü davam etdirəcək",- o, qeyd edib.

"Artıq geriyə, normallığa dönüş yoxdur. Bu, Qərbin ya qalib, ya da məğlub ola biləcəyi qlobal savaşdır", - Danilyuk bu sözləri də vurğulayıb.

Öz növbəsində Ukrayna da Qərbin səbrinin azalmasından narahatdır. Bir çox rəsmilər Tramp administrasiyasının dəstəyi azaltmaq niyyətinin son nəticədə Kiyevi “avtobusun altına atmaq” demək olacağından rahatsızdır.

"Putinə güzəştə getmək, geri addım atmaq… gərəkdiyi barədə çox danışılır. Bu, Ukrayna üçün qəbuledilməzdir, bütün Avropa üçünsə intihar deməkdir", - Zelenski noyabrın 7-də Avropa Siyasi Birliyinin görüşündəki çıxışında belə deyib.

“AzPolitika.info”

Chosen
38
azpolitika.info

1Sources