EN

Baş nazir tıxacda qaldı: Sammitin fotosessiyasına qatıla bilmədi - FOTO

 Yaponiyanın Baş naziri İşiba Şiqeru tıxacda qaldığı üçün Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinin ailə fotosessiyasına qatıla bilməyib.

Referans.az xəbər verir ki, Perunun paytaxtı Limada keçirilən APEC Sammitinin ailə fotosunda İşibanın yer almadığı görülüb.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hayashi Yoşimasa mətbuat konfransında zirvə toplantısında İşibanın ailə fotosunda yer almaması ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, İşibanın qəbiristanlığı ziyarət etdikdən sonra sammitin keçirildiyi məkana qayıdarkən yol qəzası nəticəsində tıxacda qalıb:

“Buna görə də o APEC ailəsi ilə fotosessiyaya qatıla bilməyib. Baş nazir APEC liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinlə ailə şəklini çəkdirə bilməyib”.

Rəsmi Kyodo agentliyinin xəbərində İşibanın paytaxt Limanın şəhərətrafı bölgəsində yapon əsilli Perunun keçmiş prezidenti Alberto Fuximorinin məzarı üzərinə gül dəstələri qoyduğu bildirilib. 1990-2000-ci illər arasında Cənubi Amerika ölkəsinin prezidenti vəzifəsində çalışmış Alberto Fuximori sentyabrda 86 yaşında vəfat edib. /publika.az

Chosen
26
2
referans.az

5Sources