EN

“ÜSYAN” ETDİ: "Milliyə belə dəvət olunmaq mənə çatmır!"

Orxan Əliyev bir vaxtlar ölkənin ən istedadlı gənclərindən biri hesab olunurdu.

Amma erkən parladığı kimi, çox tez də kölgəyə çəkildi.

Hətta Region Liqasında çıxış etmək səviyyəsinə kimi endi.

Amma qısa müddətdə yüksəliş yaxalayaraq, ikinci gəncliyini yaşamağa özündə güc tapa bildi.

Bunda təbii ki, Azər Bağırovun böyük xidmətləri var.

O, hücumçu ilə Region Liqasında çıxdığı yola Premyer Liqada da davam etdi.

Əliyev də təcrübəli mütəxəssisin ona ümidlərini artıqlaması ilə doğrulda bildi.

Ötən mövsüm vurduğu 9 qolla "Araz-Naxçıvan"ın ən sərrast futbolçusu olaraq.

Lakin nədənsə yay fasiləsində futbolçu yenidən kölgədə qaldı.

Və mövsümün gedişində yalnız "Kəpəz" onun xidmətlərinə ehtiyac duydu.

Təxminən 2 ay klubsuz qalan Orxan yenidən qollarını sıralamağa başlayıb.

Və yenə Azər Bağırovun rəhbərliyi altında. Onun aktivində artıq 3 qol var.

Görünür, bu il də onu bombardirlik mübarizəsində görəcəyik.

Maraqlıdır, proses onun yenidən milli komandaya qayıdışına yol aça bilərmi?

Futbolçu saytımıza açıqlamasında milli ilə bağlı sualın cavabında bunları deyib:

"Milli komandaya yüksəlmək istəyirəm. Əslində ötən mövsüm dəvət olunmalıydım.

Ehtiyat oyunçu kimi dəvət olunmaq? Mənə belə dəvət çatmır. Ya çağır, ya da yox. 3 nəfər zədə aldı, amma yenə ehtiyatda qaldım.

Elə belə yerə milliyə düşmək istəmirəm. Mən böyük əziyyətlərdən keçmişəm. Bunun dəyərləndirilməsini istəyirəm. Bayrağımı beynəlxalq oyunlarda təmsil etmək istəyirəm".

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources