EN

Yeddi min manat cəriməsi olan sürücü HƏBS EDİLDİ

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Xidməti Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 
Belə ki, Lənkəran rayon sakini Fuad Salayev Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində VAZ markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb.
 
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
 
Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib.
 
Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

 

Chosen
24
32
moderator.az

10Sources