EN

İrəvanda "yarpaq tökümü" -Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri də istefa verdi

Image

Ermənistanda istefa dalğası başlayıb. Artıq bir neçə mühüm vəzifə sahibinin istefası İrəvandakı hakim düşərgədə şok effekti yaradıb. Baş nazir Nikol Paşinyanın komandasındakı "yarpaq tökümü" Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın istefası ilə yekunlaşmayıb. Belə ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa məktubu yazıb. "Aysor.am" erməni saytı yazır ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Sayt iddia edir ki, istefa dalğası başqa strukturları da əhatə edə bilər.

Mətləb Salahov





Chosen
62
baki-xeber.com

1Sources