EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BHİK-nın baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri SahibMəmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçünBakıya gələn Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının(BHİK) baş katibi Luk Trianql ilə görüşüb.

Görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, ocümlədən beynəlxalq əlaqələrindən, COP29-un gedişindən söz açılıb,qarşıda duran vəzifələr müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanınyüksək peşəkarlıqla hazırladığı COP29 şəffaf, qərəzsiz və inklüzivşəkildə keçir, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıqvə həmrəylik tərənnüm olunur. O, əldə olunacaq nəticələrin ekolojitəsirlərin azalmasına və geniş ictimai iştiraka gətiribçıxaracağını qonağın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyiilə ölkəmizdə demokratiyanın bütün təzahürləri tam bərqərar olub,insan hüquq və azadlıqları, o cümlədən əmək hüquqları ən alisəviyyədə təmin edilir. Qeyd olunub ki, dövlətimiz tərəfindənhəyata keçirilən kompleks tədbirlərin bilavasitə nəticəsidir ki,Azərbaycan vətəndaşlarının rifahı davamlı olaraq yüksəlir,əməkhaqları, müavinətlər və digər sosial ödənişlərin məbləğlərimüntəzəm olaraq artırılır. Təbii ki, bunlar Azərbaycan həmkarlarittifaqlarının güclənməsinə, azad və sərbəst fəaliyyətinə, əməkhüquqlarını daha effektiv şəkildə müdafiə etməsinə səbəb olur.

Konfederasiya sədri Azərbaycanda təhlükəsiz və layiqli əməkşəraitinin yaradılması istiqamətində atılan addımlardan da sözaçıb, həmkarlar ittifaqları tərəfindən işçilərin sağlamlıqlarınagöstərilən qayğını, normal istirahətləri üçün yaradılan şəraitiqeyd edib.

Həmçinin vurğulanıb ki, qurum fəaliyyətində beynəlxalqəməkdaşlığı prioritet hesab edir, əmək hüquqları sahəsində dünyanınmütərəqqi təcrübələrinin öyrənilməsi və tətbiqi istiqamətində işaparır. Bu aspektdə BHİK ilə əməkdaşlığın faydalarından danışanSahib Məmmədov münasibətlərin bundan sonra da genişləndirilməsiistiqamətində müvafiq addımlar atmaq, daha sıx təmaslar qurmaqniyyətində olduqlarını baş katibin nəzərinə çatdırıb.

BHİK-nın baş katibi Luk Trianql isə Azərbaycanda olmaqdan,COP29-da iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki,COP29 yüksək səviyyədə təşkil olunub və nəticələri iqlimdəyişmələrinin fəsadlarına qarşı mübarizədə xeyli faydalıolacaq.

O, COP29 çərçivəsində baş tutan “Həmkarlar ittifaqları üçünstrateji gün” mövzusunda tədbirə də toxunub, burada aparılanmüzakirələrin və bölüşülən uğurlu təcrübələrin həmkarlarittifaqlarının ədalətli keçidlə bağlı fəaliyyətində əsas olacağınıbildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətiilə yaxından tanış olduğunu qeyd edən qonaq əməkdaşlığın daha dainkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə həmçinin tərəfləri maraqlandıran istiqamətlər üzrə genişfikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirəolunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
16
11
az.trend.az

10Sources