EN

Ərdoğan Braziliya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G20 sammiti çərçivəsində Braziliya Prezidenti Lui İnasiu Lula da Silva ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Kopakabana qalasında keçirilən görüşdə Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Görüş zamanı Ərdoğan Türkiyə ilə Braziliya arasında əlaqələrin inkişafında yüksək səviyyəli dialoqun vacib olduğunu və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün çalışacaqlarını bildirib.

Ərdoğan Braziliyanın İsrailə qarşı mövqeyinin təqdirəlayiq olduğunu, Türkiyənin BMT-də İsrailə silah və sursat satışının qarşısını almaq üçün təşəbbüs irəli sürdüyünü, Fələstində daimi atəşkəsin yaradılmasının vacibliyini, humanitar yardımların çatdırılmasının vacibliyini bildirib. 

Ərdoğan BMT-nin dünyada, xüsusilə də Qəzzada qarşıdurmaların qarşısını ala bilmədiyini, böhranlara həll yolları çıxarmağın yetərli olmadığını vurğulayaraq, Braziliyanın G20 dönəminin sədrliyi dövründə Qlobal İdarəçilik İslahatını gündəmə gətirməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Chosen
8
2
cebheinfo.az

5Sources