EN

"Mançester Siti" Haalandla danışıqlara başladı

"Mançester Siti" Erlinq Haalandı uzun müddət komandada saxlamaq niyyətindədir.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi norveçli hücumçu ilə yeni müqavilə barədə danışıqlara start verib. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Mançester Siti" 24 yaşlı forvarda aylıq 2 milyon avro maaş təklif edib. Futbolçu özü də komandada qalmağa isti yanaşır.

"Şəhərlilər" Haalandın sözləşməsinin müddətini 2029-cu ilin yayına kimi uzatmağın planlaşdırır. Onun 150 milyon avro olan sərbəstqalma məbləği də yüksəldiləcək.

Qeyd edək ki, "Mançester Siti" Erlinq Haalandı 2022-ci ilin yayında "Borussiya"dan transfer edib. Norveç millisinin üzvü bu mövsüm İngiltərə çempionunun heyətində meydana çıxdığı 16 rəsmi matçda 15 qol vurub. Ulduz futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulur.

saytlarin hazirlanmasi

Chosen
13
sportal.az

1Sources