Yaşıllıq gözəldi,həm çox rahatdır.
Yaşıllıq havadı,sağlam həyatdır.
Yaşıllıq yer üstə,sanki xalıdır,
Yaşıllıq elə bil,yerin şalıdır,
Gəlin,hərəmizə bir ağac əkək.
******
Ağaclar bu yerdə,sanki həkimdi.
Verdiyi sevinclər büküm-bükümdü.
Ağaca baxdıqca açılır dilim,
Bizlərə xoş gəldi hər ayım-ilim.
Gəlin,hərəmizə bir ağac əkək.
******
Yaz vaxtı ağaclar çiçək açırlar.
Bu vaxt xəstəliklər burdan qaçırlar.
Burda kəpənəklər,quşlar uçuşur,
Zövq alan uşaqlar hər an qaçışır.
Gəlin,hərəmizə bir ağac əkək.
******
Ağaca baxdıqca ömrümüz artır.
Elə bil dərd-kədər torpağa batır.
Ağaca baxdıqca kədərim qaçır.
Elə bil,sinəmdə ürək gül açır.
Gəlin,hərəmizə bir ağac əkək.
******
Ağaclar hər zaman gərəyimizdir.
Baxdıqca xoş olan ürəyimizdir.
Əklilən ağaclar bir yarşıqdır.
Elə bil canlıdı,sevən aşiqdir.
Gəlin,hərəmizə bir ağac əkək.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.