EN

Azərbaycanda adambaşına düşən icbari tibbi sığortanın məbləği təsdiq edilib

2025-ci ildə İcbari Tibbi Sığorta Fonduna 1410,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da 1266,6 milyon manatı əhalinin icbari tibbi sığortası üzrə dövlətin payına düşür.

Bu, Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında rəyində əksini tapıb.

2025-ci il dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın adambaşına düşən məbləği bu ilin sonuna gözlənilən 2,7% inflyasiyaya uyğun olaraq 124,1 manat müəyyən edilib.

Chosen
12
oxumeni.az

1Sources