EN

İranlı fəal etiraz əlaməti olaraq ağzını tikib

İranda bir fəal siyasi məhbusların azad edilməsini tələb etmək üçün ağzını tikib.

"Cebheinfo.az" xəbər verir ki, Hüseyn Roneki adlı fəal "X" sosial media hesabından paylaşdığı mesajda ötən həftə siyasi məhbusların azad edilməsini tələb edən, lakin tələbi yerinə yetirilmədikdə intihar etdiyi iddia edilən fəal Kiyanuş Sencerinin tələblərini davam etdirəcəyini bildirib.

Bununla bağlı ağzını tikildiyinə dair çəkilmiş fotosunu paylaşan Roneki Tehranın Vəliəsr küçəsinin bir küncündə təkbaşına oturaq aksiyaya başlayacağını açıqlayıb.

Roneki mesajında "Gəlib oturanda məni ya həbs edə bilərsən, ya da apara bilərsən. O vaxta qədər müqavimətim mənimdir. Kiyanuşun canını verdiyi dava üçün mübarizə aparacağam. Ağzım tikilmiş şəkildə qalacaq amma mənim hərəkətlərim onun mesajını gücləndirəcək” deyib. 

İranda siyasi məhbusların azad olunmayacağı təqdirdə intihar edəcəyini açıqlayan fəal Sencerinin noyabrın 13-də intihar etdiyi iddia edilib.

Senceri 2021-ci ildəki etirazlar zamanı qətl və ictimai asayişi pozmaqda günahlandırılaraq ölümə məhkum edilən 3 nümayişçinin azad edilməsini tələb edib.

Chosen
14
cebheinfo.az

1Sources