“AFB Bank” ASC-nin xalis mənfəəti 2024-cü ilin üçüncü rübündə 3 dəfəyə yaxın azalıb.
Valyuta.az xəbər verir ki, bank bu ilin III rübünü 2,13 milyon manat mənfəətlə başa vurub. Halbuki, ötən ilin eyni dövründə bankın mənfəəti 6,29 milyon manat olub.
Bu ilin yanvar-sentyabr aylarında “AFB Bank”ın cəmi gəlirləri 23,53 milyon manat (əvvəlki ilə nisbətən 11% çox), cəmi xərcləri 19,49 milyon manat ( 15% çox) təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 11% və 15% çoxdur.
Hesabat dövründə bank kiçilib. Belə ki, “AFB Bank”ın cəmi aktivləri 5% azalaraq 312,99 milyon manata enib. Bunun da 191,99 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 7% böyüyüb.
Pünhan