EN

Azərbaycanda enerji subsidiyalarına 1 milyard dollarınadək qənaət 3,5-4,2 % təbii qaza qənaəti yaradır

Enerji səmərəliliyi tədbirlərinə investisiyaların cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

“Report” xəbər verir ki, buni energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində keçirilən “Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti: Yol Xəritəsinin Təqdimatı” adlı tədbirdə deyib.

O qeyd edib ki, bu ilin mart ayında Azərbaycan Prezidenti tərəfindən Enerji Səmərəliliyi Fondunun yaradılması təsdiqlənib:

“Bu fond, enerji səmərəliliyi tədbirlərinə və bərpa olunan enerji mənbələrindən istifadəyə dəstək verəcək. Həmçinin qaz, yumşaq köpüklər və maye köpüklərlə bağlı pilot layihələrin maliyyələşdirilməsini təmin edəcək”.

Nazir müavini əlavə edib ki, Azərbaycan enerji səmərəliliyi sahəsində Beynəlxalq Enerji Agentliyi (IEA), Dünya Bankı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Dünya Bankının dəstəyi ilə Avropa İttifaqı-Azərbaycan Sürətli Texniki Yardım Fondu çərçivəsində binaların təmiri üzrə milli proqram hazırlanıb. Bundan əlavə, EU4Energy proqramı vasitəsilə enerji səmərəliliyi qanununun hazırlanmasında dəstək göstərilib.

O. Zeynalov yol xəritəsinin əsas göstəricilərini açıqlayaraq bildirib ki, Azərbaycanda enerji səmərəliliyi tədbirləri ölkənin enerji ehtiyaclarının 25 %-ni kompensasiya edə bilər. Bundan əlavə, enerji subsidiyalarına 500 milyon - 1 milyard ABŞ dolları həcmində qənaət təmin olunması, 3,5-4,2% təbii qaz qənaəti və 4-10 milyon ton karbon emissiyasının azaldılması mümkündür.

Nazir müavini qeyd edib ki, Qlazqo Universitetinin araşdırmalarına əsasən, bu tədbirlər nəticəsində Azərbaycanda 25 mindən çox yeni iş yerinin yaradılması gözlənilir.

Yol xəritəsi 2040-cı ilə qədər olan dövrü əhatə edir və enerji istehlakının analizi ilə yanaşı, enerji səmərəliliyi strategiyasını həyata keçirmək üçün tövsiyələr təqdim edir:

“Tədbirdə iştirak edən tərəflərlə gələcəkdə də əməkdaşlıq etməyi planlaşdırırıq”.

Chosen
20
report.az

1Sources