EN

Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması dəyişikliyi təsdiqləyib.

Sabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sənədi təsdiqləyib.

Dəyişikliyə əsasən, Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250; № 7, maddə 772) aşağıdakı dəyişikliklər edilib:

1. 99-4.5-ci maddəyə “Məcəllənin” sözündən sonra “104-1,” rəqəmləri əlavə edilib.

2. Aşağıdakı məzmunda 104-1-ci maddə əlavə edilib:

“Maddə 104-1. Ekosid

Sənədə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Chosen
7
27
sabah.az

10Sources