EN

"Ermənistan şansı qaçırtdı" - Aleksandr Razuvayev

Xəbər verdiyimiz kimi noyabrın 11-dən etibarən Bakıda BMT-nin iqlim konfransı COP29 keçirilir. Konfransın ilk günündən Azərbaycan ciddi çağırışlar edib, qətiyyətli mövqe göstərir. Açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev mümkün qədər çox ölkəni Bakıda COP29-u boykot etməyə çağıran tənqidçilərə açıq şəkildə ifşa edib.

 “Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçilən kimi hədəfə çevrildi. Bu isə ölkəmizə qarşı yaxşı təşkil olunmuş, yaxşı əlaqələndirilmiş qarayaxma kampaniyası idi. Təəssüf ki, ikili standartlar, digər ölkələrdə mühazirələr oxumaq vərdişi və siyasi riyakarlıq bəzi Qərb ölkələrində bəzi siyasətçilərin, dövlətin nəzarətində olan QHT-lərin və media orqanlarının saxta xəbərlər hazırlamaq üçün müəyyən edilmiş iş üsuluna çevrilib. Son mesajım bir ilə yaxındır ki, boykotu təbliğ edən o dairələrə ünvanlanıb. Onlar Bakıda COP29-a qarşı boykot kampaniyası aparmaq üçün əllərində olan hər vasitədən istifadə edirlər. Onlara pis xəbərim var: 196 ölkədən 72 min qeydiyyatdan keçmiş iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var.”

Təbii ki, Azərbaycan Prezidentinin açıq və qətiyyətli çıxışı Beynəlxalq aləmdə məmnunluqla qarşılanıb. Əksər ekspertlər İlham Əliyevin fikirlərini zamanın tezisi kimi səciyyələndirib.

News365.az xəbər verir ki, Beynəlxalq ekspert Aleksandr Razuvayev deyir ki, İlham Əliyev kifayət qədər riskli addım atdı:

“O, Qərb dövlətlərini və hətta qlobal Qərb strukturlarını Qərb rəsmilərini çirkli, ədalətsiz siyasət yürütməkdə ittiham etdi. Bu ədalətli dünya üçün çox ciddi çağırışdır. Bakı, necə deyərlər, Bakı COP29-da Qərbi hamının qarşısında öz yerinə qoydu, bu, çox dəyərlidir və hörmətə layiqdir”.

Aleksandr Razuvayev əlavə edib ki, Bakıda keçirilən iqlim konfransında yüksək vəzifəli şəxslərdən biri Ermənistan Respublikasını təmsil etsəydi, heç nə baş verməzdi:

“Üstəlik, Ermənistan əsl sülhsevər addım və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa hazır olduğunu nümayiş etdirərdi. Və özünü qlobal tendensiyaların iştirakçısı kimi göstərəcəkdi. Amma, Ermənistan şansı qaçırtdı”.

News365.az

Chosen
13
news365.az

1Sources