EN

AKB vakansiya - ELAN EDİR - TƏLƏBLƏR

Azərbaycan Kredit Bürosu (AKB)  Data Scientist (Junior/Middle/Senior) vəzifəsi üzrə vakansiya elan edir.

FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin IT Departamentinə Data Scientist (Junior/Middle/Senior) axtarılır.

Vakansiya haqqında:

Departament: İnformasiya Texnologiyaları Departamenti

Vəzifə: Data Scientist (Junior/Middle/Senior)

Müraciət üçün son tarix: 15.12.2024

Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:

  • Biznesin tələblərinə cavab verən yeni hesabat formalarının qurulması, cari dashboardların optimizasiyası;
  • Məlumat analitikası və data mining proseslərinin icrası, böyük və kompleks məlumat dəstləri üzərində analizlərin aparılması;
  •  “Advanced analytics” sahəsində qabaqcıl təcrübələrin tətbiqi, biznes və risk departamentləri ilə eksperimentlərin həyata keçirilməsi;
  • Machine Learning (ML) modellərinin hazırlanması və tətbiq edilməsi prosesinə rəhbərlik etmək və ya fəal iştirak etmək;
  • Model performansını izləmək və optimallaşdırmaq üçün statistik və analitik metodların tətbiqi;
  • Datamart dəyişənlərinin inkişafı və test edilməsi;
  • Məlumatların təhlili və avtomatlaşdırılması üçün Python vasitəsilə analitik həllər hazırlamaq;
  • Məlumatların məxfiliyini qorumaq və təhlükəsizlik standartlarına uyğun hərəkət etmək;
  • Müxtəlif maraqlı tərəflərlə işləmək, biznes məqsədlərinə uyğun data həlləri yaratmaq və təqdim etmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil: Kompüter mühəndisliyi, informatika, tətbiqi riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə;
  • Machine Learning, Statistika və Data Visualization ilə bağlı güclü nəzəri və praktiki biliklər;
  • Böyük məlumat dəstlərinin təhlili və avtomatlaşdırılması üçün Python üzrə yüksək səviyyədə təcrübə;
  • SQL üzrə güclü biliklər (kompleks sorğular yazmaq, optimallaşdırma və performans tənzimləmə);
  • Dashboardların yaradılması üçün PowerBI (Qlik Sense və ya oxşar BI alətləri) üzrə geniş təcrübə;
  • Analitik düşüncə və kompleks problemləri həll etmək bacarığı;
  • Machine Learning modellərinin yaradılması və tətbiqi sahəsində təcrübə;
  • Microsoft Office proqramları ilə səlis işləmə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları, nəticə yönümlü yanaşma;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili bilikləri; Rus dili üstünlükdür;

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq Junior/Middle/Senior qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Chosen
19
46
fed.az

10Sources