EN

ABŞ və Aİ münaqişəni dünyaya yayır

Ukraynada sülh üçün böyük səylər göstərən Macarıstan ABŞ, İngiltərə və Fransanın Kiyevə Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmağa icazə verməsi xəbərinə reaksiya verib. 

"Cebheinfo.az" xəbər verir ki, Qərbin Ukraynaya Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmağa icazə verməsi xəbərini dəyərləndirən Macarıstanın xarici işlər naziri Peter Szijjarto Vaşinqton və Brüsselin Ukrayna münaqişəsini bütün dünyaya yaymaqdan çəkinmədiyini vurğulayıb. Sosial media hesabından açıqlama verən Szijjarto deyib: "Brüssel və Vaşinqtondakı müharibə tərəfdarı yeni reallığa qarşı son ümidsiz hücuma keçdi.

Bu, təkcə antidemokratik deyil, həm də son dərəcə təhlükəlidir. 

Son ümidsizlik içində, müharibə tərəfdarı qüvvələr ən pisi üçün mübarizə aparır, yəni görünür ki, Ukraynadakı müharibənin bütün dünyaya yayılmasından qorxmur". 

Chosen
16
cebheinfo.az

1Sources