EN

Kremldən Rusiyanın vurulmasına TƏCİLİ reaksiya, Odessaya isə BOMBALAR yağdırılır - CANLI

Rusiya hərbi qüvvələri Odessada çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, Odessanın regional administrasiyasının məlumatına görə, zərbə nəticəsində bir neçə nəfər həlak olub, onların cəsədləri birbaşa yollarda aşkar edilib. Hücum zamanı mülki infrastruktur, o cümlədən yaşayış binaları ciddi zərər görüb. Hadisə bölgəsində xilasedici və təxirəsalınmaz xidmətlər işlərini davam etdirir.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiyanın dərinliklərinə raket zərbələri endirmək icazəsindən sonra isə Ukrayna yaxın günlərdə ilk hücuma hazırlaşır. “Röyters” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, qərar əsasən Rusiyanın Şimali Koreya qoşunlarını müharibəyə cəlb etməsinə cavab olub. Kreml Amerika mətbuatında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı məlumatları şərh edib.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremlin məlum məlumatlarla tanış olduğunu söyləyib. Onun sözlərinə görə, Kreml indiyədək hələlik ancaq Qərb mediasında ABŞ-nin Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı nəşrləri görüb.

Rusiya o mövqedən çıxış edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir. “Əgər belə bir qərar həqiqətən verilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və ABŞ-nin bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”, -Kremlin sözçüsü vurğulayıb.

AB xarici işlər və müdafiə nazirləri 18-19 noyabr tarixlərində Rusiyaya zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcəklər, lakin nəticədən əmin deyiləm. AB diplomatik xidmətinin rəhbəri Jozep Borrell deyib. “Müzakirələr aparılacaq və ümid edirəm ki, bütün nazirlər bununla bağlı razılığa gələcək, amma olmasa, hər bir ölkə öz bildiyini edəcək”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla söhbətləşir.

 
https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Chosen
32
50
musavat.com

10Sources