EN

Neymar "Santos"a qayıdır, ya yox?

style='margin-bottom:10px;'>

Neymarın meneceri Pini Zahavi futbolçunu “Santos”a qayıtması ilə bağlı xəbərləri şərh edib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O, açıqlamasında deyib: “Neymar “Əl Hilal”dadır və müqaviləsinin bitməsinə hələ 6 ay var. O, klubda özünü xoşbəxt hiss edir və kimləsə danışıq aparmır. Neymarın atası və mən onun gələcəyi haqda danışa biləcək yeganə adamlarıq. Bilmirəm, son zamanlar "Santos"la bağlı şayiələr hardan gəlir”.

Qeyd edək ki, daha əvvəl Neymarın qış fasiləsində Səudiyyə Ərəbistanı klubundan ayrılacağı və ölkəsi Braziliyaya qayıdacağı bildirilib.

Chosen
17
teleqraf.com

1Sources