EN

COP29 çərçivəsində ICESCO pavilyonunda İslam dünyasında "yaşıl" təhsilin tətbiqi üçün ilk struktur istifadəyə verilib

COP29 çərçivəsində ICESCO pavilyonunda İslam dünyasında "yaşıl" təhsilin tətbiqi üçün ilk struktur rəsmi olaraq istifadəyə verilib.

Olaylar xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.

"Son illərdə təhsildə "yaşıl" gündəm qlobal səviyyədə, xüsusilə də 2024-cü ilin oktyabr ayında Oman Sultanlığında keçirilmiş ICESCO-nun Təhsil Nazirlərinin Üçüncü Konfransı çərçivəsində xüsusi diqqət mərkəzində olub. Kembric Universitetindəki tərəfdaşlarımızla birgə hazırlanmış İslam dünyasında "yaşıl" təhsilin tətbiqi üçün ilk struktur dörd əsas istiqamətə əsaslanan tövsiyələr və siyasət təqdim edir: tədris proqramları, müəllimlər, məktəblər və təhsilin transformasiyası sammitindən sonra "yaşıl" təhsilə yönəlmiş cəmiyyətlər və tərəfdaşlıq.

Məmnuniyyətlə bildirirəm ki, bu tövsiyələr qısa və uzunmüddətli hədəflərin ölçülə bilən razılaşması ilə qəbul olunub və üzv ölkələrimizdə "yaşıl" təhsilə keçid üçün tətbiq olunacaq. Həmçinin, təxminən bir saat əvvəl bu struktur ICESCO pavilyonunda rəsmi olaraq istifadəyə verildi", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
1
olaylar.az

2Sources