EN

Gələcəkdə yeni KSES-lər istifadəyə veriləcək

bp şirkəti ilə 2027-ci ilədək Cəbrayıl rayonunda həyata keçirilməsi nəzərdə tutulan yaşıl enerji sahəsində layihə üzrə müqavilə hazırlanır. Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına "Azərenerji" ASC-nin Yaşıl enerji müəssisələri ilə iş bölməsinin rəisi Aynurə Eyvazova məlumat verib.

Onun sözlərinə görə, söhbət enerji gücü 230 MVt təşkil edəcək günəş elektrik stansiyasının tikintisindən gedir. "Hazırda Qarabağda 270 MVt gücündə 32 kiçik su elektrik stansiyası (KSES) mövcuddur. Gələcəkdə burada əlavə olaraq yeni KSES-lər istifadəyə veriləcək ki, bu da istehsal gücünü 500 MVt-a çatdırmağa imkan yaradacaq. İstehsal edilən elektrik enerjisi həmin regionda tələbatı ödəməklə yanaşı, ölkənin ümumi enerji sisteminə də elektrik enerjisi ötürməyə imkan yaradır",- A.Eyvazova qeyd edib.

Chosen
7
vergiler.az

1Sources