EN

Astarada balıq tutan 47 yaşlı kişini cərəyan vuraraq öldürüb

Astara sakinini elektrik cərəyanı vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanov Lovain su anbarında balıq tutan zaman atdığı qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
30
7
apa.az

8Sources