EN

Vüsal Hüseynov: Azərbaycan COP29-dan sonra da geniş səviyyədə uyğunlaşmanın aparılması üçün səylərini əsirgəməyəcək

Azərbaycan COP29-dan sonra da insanların yerdəyişməsi və iqlim dəyişmələrini tənzimləyən əsas qlobal çərçivələr arasında daha geniş səviyyədə uyğunlaşmanın aparılması üçün səylərini əsirgəməyəcək.

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” panelində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın Çempion ölkəsi qismində qlobal səviyyədə bu mürəkkəb əlaqədən doğan problemləri həll etmək üçün tərəfdaşlarla dialoqun təşviqi ilə bağlı proaktiv tədbirlər görməyə davam edəcək: “Regional səviyyədə biz əsas regional məsləhətləşmə mexanizmlərindən olan Almatı Prosesinə sədrliyimiz vasitəsilə ən yaxşı təcrübə və fikir mübadiləsini təşviq edəcəyik və bu sahədə tərəfimizdən artıq bəzi fəaliyyətlər həyata keçirilib. Xüsusilə dayanıqlığın artırılması və adaptasiya planlarının hazırlanması kimi lazımi səviyyədə öyrənilməmiş istiqamətlər ilə bağlı təlim və tədqiqat fəaliyyətlərimizi gücləndirəcəyimiz digər bir platforma isə BMT ilə birgə uğurlu təşəbbüsümüz olan Miqrasiya üzrə Regional Təlim Mərkəzidir. Bu təşəbbüs çərçivəsində tərəfdaş dövlətlərin müvafiq maraqlı tərəfləri ilə birgə Mərkəzin regionda bu sahədə effektiv təsisat rolunu oynaması üçün konseptual və institusional fəaliyyətinin gücləndirilməsinə diqqət yetirəcəyik”.

Chosen
39
2
apa.az

3Sources