EN

Türkiyə-İsrail gərginliyi: Azərbacyana təsiri varmı? - ŞƏRH

“Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə, bu ölkənin prezidenti Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki, İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi”.

Bakupost.az xəbər verir ki, bu sözləri siyasi analitik Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi:

“Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə HƏMAS təşkilatının siyasi rəhbərliyi Qətərin paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, HƏMAS ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb. Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar”.

Rəhman, BakuPost
Chosen
62
2
bakupost.az

9Sources