EN

Titanikdəki sərnişinləri xilas edən kapitanın cib saatı rekord qiymətə satıldı

Titanikdən 700 sərnişini xilas edən kapitan Artur Henri Rostrona hədiyyə edilən qızıl cib saatı hərracda rekord qırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, saat 1,8 milyon avroya (1,56 milyon funt-sterlinq) satılıb.

Saatı hərraca çıxaran şəxsi kolleksiyaçılar bu məbləğin Titanikdən qalan xatirə əşyaları üçün ən çox ödənilən pul olduğunu bildiriblər.

Qeyd edək ki, 18 karatlıq “Tiffany & Co” saatını kapitana fəlakətdə ölən üç varlı adamın dul arvadları hədiyyə edib.

Chosen
28
1
kulis.az

2Sources