Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metronəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,2faiz artıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Beləliklə metrodan istifadə edən sərnişinlərin sayı 188,9 milyonnəfərə çatıb.
Bundan başqa, cari ilin 10 ayında nəqliyyat sektorundadaşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobilnəqliyyatı ilə 115,1 milyon ton yük, 1495,7 milyon sərnişin daşınıbvə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,4 faizvə 9,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus,4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yükdövriyyəsi 16,6 faiz, sərnişin dövriyyəsi isə 10,8 faiz artıb.
Eyni zamanda bu ilin yanvar-oktyabr aylarında hava nəqliyyatıilə 3369,6 min və ya 39,5 faiz çox sərnişin daşınıb, daşımaların99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyatvasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma17,6 faiz artaraq 341,2 min ton olub.