EN

Toy dəvətnamələrini dərhal açmayın - Fırıldaqçıların yeni üsulu hər kəsi şoka saldı

"WhatsApp" vasitəsilə son fırıldaq üsulu hər kəsi təəccübləndirib. 

Bizim.Media “azxeber.com”a istinadən xəbər verir ki, "WhatsApp” istifadəçilərinə saxta toy dəvətnamələri göndərilərkən .apk uzantılı fayllar onların telefonlarına zərərli proqramlar quraşdırıb.

İnstagram, Twitter və Facebook kimi proqramlar vasitəsilə virtual fırıldaqçılıqla bağlı hər gün yeni detallar ortaya çıxsa da, bu dəfə istifadə edilən vasitə WhatsApp olub və vətəndaşları şəbəkəyə sürükləyən üsul heyrətə gəlib. 
 

İstifadəçilər göndərilən faylı yükləyib açdıqda onların telefonlarına zərərli proqram quraşdırılır və bu proqramla telefonun idarəsi tamamilə fırıldaqçılar tərəfindən ələ keçirilir. 


Sözügedən proqram vasitəsi ilə istifadəçilər bütün şəxsi məlumatlarına, kontaktlarına, mesajlarına və hətta bank məlumatlarına daxil ola bilərlər. 

Şəxsi məlumatlarını telefonlarında saxlayan, mesajlarını və fotoşəkillərini qorumaq istəyənlər göndərilən mesajlardakı linklərə basmazdan əvvəl iki dəfə düşünməlidirlər. 

Bizim.Media

Chosen
35
1
bizim.media

2Sources