EN

“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb

Bakı. Trend:

“La Gazette du Caucase” Fransanın Bakıda keçirilən COP29-uboykot etmək qərarını sərt tənqid edib.

Trend-in məlumatına görə,“LaGazette du Caucase”nin son məqaləsindəqeyd olunur ki, Fransanın iştirak etməməsinə dair rəsmi açıqlama –"siyasi fikir ayrılıqları" – əslində erməni lobbi qruplarıtərəfindən təşkil edilmiş daha geniş bir kampaniyanın tərkibhissəsidir. Fransa prezidenti Emmanuel Makron tədbirdə iştirakdanimtina edərək təmsilçiliyi ekologiya, energetika və iqlim naziriAnyes Pannye-Runaşe həvalə edib, lakin o da konfransı boykotedib.

"Bu diplomatik addımın arxasında Fransadakı ermənitəşkilatlarının təzyiqi dayanır və bu təzyiqi, Azərbaycanı"ermənilərin etnik təmizləməsi"ndə ittiham edən senator YannikJadot kimi siyasətçilərin bəyanatları gücləndirir", – deyə məqalədəbildirilir.

Məqalədə həmçinin, Paris meri Ann İdalqo və respublikaçı deputatLoran Vokyenin oxşar çıxışları vurğulanır və Fransanın bəziKİV-lərinin COP29-un Bakıda keçirilməsini tənqid etdiyi qeydolunur.

Nəşr bu cür iddiaları təkzib edərək bildirib ki, “FranceInter”dən Patrik Koen kimi şəxslərin Azərbaycanı "diktatura"adlandırmasına baxmayaraq, reallıq bunun tam əksini göstərir.Ölkədə dünyəvilik, multikulturalizm və açıqlıq, həmrəylik atmosferihakimdir.

“La Gazette du Caucase” Fransanın müzakirələrində tez-tezunudulan tarixi konteksti də xatırladıb.

"Xatırlamaq lazımdır ki, təxminən 30 il əvvəl erməni qüvvələriAzərbaycanın ərazilərinə müdaxilə edərək, beynəlxalq hüququ pozaraqorada tanınmamış qondarma "respublika" yaratdılar. Azərbaycanın2020-ci ildə bu əraziləri azad etməsi onların bərpası və məcburiköçkünlərin geri qaytarılması üçün yol açdı", - məqalədəbildirilir.

Nəşr həmçinin, Fransanın Xarici İşlər Nazirliyinin Azərbaycanasəfərlərlə bağlı xəbərdarlığını əsassız adlandırıb.

"Azərbaycana səfər edən fransız turistlər həmişə Azərbaycanxalqının qonaqpərvərliyini və fransız mədəniyyətinə hörmətinivurğulayırlar", – məqalədə deyilir.

Sonda “La Gazette du Caucase” qeyd edir ki, Fransanınhərəkətləri, guya Ermənistana dəstək məqsədilə atılsa da, əslindəekstremist əhval-ruhiyyəni qızışdırır.

"COP29-un boykotu və Ermənistana silah tədarükünün dəstəklənməsiədalətli və uzunmüddətli sülhə nail olmaqdan çox, yeni münaqişəyəhazırlıq mesajı verir", – məqalədə vurğulanır.

Məqalədə:
Chosen
21
3
az.trend.az

4Sources