EN

“Qarabağın Xirosiması”: “Azərbaycan heç bir güc tətbiq etmədən...”

“Ağdamın işğaldan azad olunması günü hər zaman xalqımızın yaddaşında qalacaq”. 

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində noyabrın 20-də Ağdamın işğaldan azad olunması günü ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Arzuxan Əlizadə vurğulayıb ki, işğal zamanı erməni işğalçıları Ağdam böyük istehkamlar qurmuşdular. 

“İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsi erməni işğalçılarını Ağdamdan və digər rayonlardan geri çəkilməyə vadar etdi.

Azərbaycan Ermənistanı elə bir məğlubiyyətə uğratdı ki, İrəvan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin kapitulyasiya aktının müddəalardan biri erməni hərbi birləşmələrinin Ağdam, Kəlbəcər və Ağdamdan qeyd-şərtsiz çıxmasını və ərazilərin Azərbaycana qaytarılmasını tələb edirdi.

Ermənilər də bu müddəanı icra etdilər. Üç rayon - Ağdam, Kəlbəcər və Laçın boşaldılıb Azərbaycanın nəzarətinə verildi. 

Azərbaycan heç bir güc tətbiq etmədən bu üç rayonu işğaldan azad edib. Bu, həqiqətən bizim böyük diplomatik qələbəmizdir.

İşğal dövründə digər rayonlar kimi Ağdam da erməni faşistləri tərəfindən yerlə-yeksan edilmişdi. Ağdam şəhəri, eləcə də Ağdamda kəndlər və qəsəbələr tamamilə məhv edilmişdi. 

Qəbiristanlıqlar və məscidlər dağıdılıb təhqir olunmuşdu.

44 günlük Vətən müharibəsindən sonra Ağdam şəhərinə səfər edən jurnalistlər bu ərazini görüb buranı “Qarabağın Xirosiması” adlandırmışdılar. Xarici informasiya vasitələrinin nümayindələri, bir sıra siyasilər və Azərbaycanda akkreditasiya olunmuş səfirlər Ağdama gələrək erməni işğalçılarının bütün vandalığına şahidi oldular və bundan çox dəhşətə gəldilər. 

Şükürlər olsun ki, Ağdam tam olaraq Azərbaycanın nəzarəti altındadır. Son dörd il ərzində Ağdamda bir çox ərazilər minalardan təmizlənib, hazırda isə yenidənqurma və bərpa işlər aparılır. 

Ağdam şəhərinin özü, eləcə də rayondalarda kəndlər yenidən qurulur, hətta iqtisadi yönümlü infrastruktur layihələri də həyata keçirilir. 

Uzun illər ərzində məcburi köçkünlük həyatı yaşamış Ağdamlılar tez bir zamanda öz doğda yurduna qayıdıb yenidən məskunlaşacaqlar”.

Chosen
23
cebheinfo.az

1Sources