EN

Tbilisi küçələrində çadırlar quruldu - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində oktyabrın 26-da keçirilən parlament seçkilərinə etirazlar davam edir.

 

Modern.az-ın məlumatına görə, Nika Qvaramiyanın rəhbərlik etdiyi müxalifətin Dəyişiklik Koalisiyası nəticələrin ləğvi uğrunda mübarizənin yeni mərhələsinə keçdiyini elan edib.

 

Bazar ertəsi gecə Koalisiya fəalları dövlət universitetinin binası yaxınlığında çadırlar quraraq mərkəzi Çavçavadze prospektini bağlayıblar. Müxalifətçilər yolun kənarında 30-a yaxın kiçik və 2 böyük düşərgə çadırı qurublar.

 

Nika Qvaramiyanın sözlərinə görə, müxalifət qüvvələri hakimiyyəti güzəştə getməyə məcbur etmək üçün dinc və zorakılıq olmadan Tbilisinin mərkəzi prospektlərini bağlayacaqlar. O qeyd edib ki, etirazçıların ikinci vəzifəsi Qərb tərəfdaşlarına gürcü xalqının demokratiya uğrunda sona qədər mübarizə əzmini nümayiş etdirməkdir.

 

Qeyd edək ki, seçkilərdə hakim “Gürcü arzusu” partiyası təxminən 54 faiz səs toplayıb. Müxalifətçilər səsvermənin nəticələrini “saxtalaşdırılmış” olduğunu iddia edir.

 

1396700

1396701

Chosen
8
modern.az

1Sources