EN

Milli Bank dollardan imtina edəcək

Moldova Milli Bankı (MMB) 2025-ci il yanvarın 2-dən ölkənin milli valyutası olan leyinin rəsmi məzənnəsini müəyyən etmək üçün baza valyutası kimi avrodan istifadə edəcək.

News24.az Bakues.az-a istinadən xəbər verir ki, bununla bağlı bank bəyanat yayıb.

Bəyanata əsasən, qərar Moldova iqtisadiyyatının ölkənin kommersiya və maliyyə strukturunda dominant rol oynayan Avropa İttifaqı bazarına yönəlməsini əks etdirir. Bu dəyişiklik Moldova leyinin avroya nisbətdə məzənnəsinin dəyişməsini, avronun alış və satış məzənnələri arasındakı fərqi azaldacaq. Bu qərar iqtisadiyyata xeyir verəcək və valyuta xərclərinin azaldılmasına kömək edəcək.

Hesabatda qeyd olunur ki, nəzərdə tutulan qərar MB-nin pul siyasətinə təsir etməyəcək və pul kütləsində dəyişikliklərə səbəb olmayacaq.

Milli Bankın məlumatına görə, Moldovada kommersiya əməliyyatlarının 60%-dən çoxu və pul köçürmələrinin 70%-i avro ilə həyata keçirilir.


Chosen
24
news24.az

1Sources