EN

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8%-dən çox artıb - CƏDVƏL

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 837,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8%, kimya sənayesi məhsullarının istehsalı 8,1%, əczaçılıq məhsullarının istehsalı isə 4,6% artıb.

Məlumata görə, kimya sənayesi məhsullarından polietilen istehsalı 29,8%, etilen istehsalı 27,9%, propen (propilen) istehsalı 21,6%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 87,7%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 26,5%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 7,3% artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri

2024-cü ilin yanvar- oktyabr aylarında istehsal

edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizlə

01.11.2024-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

37058,2

96,7

231,3

ondan:

azot, min kub metr

19817,7

113,3

44

Lak-boya məmulatları, ton

34828,1

105,8

434,5

Qeyri-üzvi kimyəvi maddələr, ton

27610

131,1

6 780

ondan:

yod, ton

172,2

98,7

19,9

Üzvi kimyəvi maddələr, min ton

783

97,9

11

ondan:

etilen, min ton

126,1

90,5

-

propen (propilen), min ton

119,6

93,5

0,7

metanol (metil spirti), min ton

421,4

105,7

7,3

Etil spirti, min dkl

58,1

180,4

3,6

Gübrə və azot birləşmələri, min ton

531,7

152,7

65,5

ondan:

karbamid, min ton

531,7

152,8

65,5

İlkin formada plastik kütlə, min ton

244,2

91,5

26,6

ondan:

polietilen, min ton

120,5

88,6

13,5

Yapışqan və yapışdırıcı maddələr, min ton

109,7

109,2

7

Chosen
38
apa.az

1Sources