EN

"Gəncləri iqlim dayanıqlılığı ilə bağlı hazırlamaq üçün..." - Əmrullayev

"Gəncləri iqlim dayanıqlılığı ilə bağlı qarşıdakı çağırışlara hazırlamaq üçün daha yaxşı tədris strategiyaları yaratmaq mümkündür".

Herbiand.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli paneldə çıxışı zamanı deyib:

"Ekosistemləri qorumaq üçün resurslar, eləcə də STEAM təhsil proqramları tələbələrə "yaşıl enerji", davamlılıq və yeni texnologiya ilə bağlı layihələr üzərində işləməyə imkan verir.

Hazırda ölkələrin yalnız 50%-nin öz tədris proqramlarında iqlim dəyişikliyi ilə bağlı məsələlər tədris olunur. Təhsil sistemində 1,6 milyon təhsilalan var. Məqsədimiz onların hər birini iqlim dəyişiklikləri ilə mübarizədə gücləndirməkdir. Onlar tək sabahın liderləri deyil, həmçinin bu gün dəyişiklik yaradanlardır".

Panel müzakirəsi zamanı iqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb. 
Panel çərçivəsində təşkil edilən "Greening Education Partnership" təşəbbüsünün ikinci illik iclası da öz növbəsində qlobal təhsil liderləri tərəfindən dayanıqlılığın təhsil sistemlərinə inteqrasiyası ilə bağlı müzakirələr aparmaq üçün dinamik platforma rolunu oynayıb.


Chosen
38
4
herbiand.az

5Sources