EN

“Le Figaro” nəşri Rusiya ərazisinə zərbələrlə bağlı məlumatı silib

Fransanın “Le Figaro” nəşri Fransa və Böyük Britaniyanın Ukraynaya verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi ilə bağlı məlumatları silib.

KONKRET.az xəbər verir ki, nəşrdə bildirilirdi ki, avropalı siyasətçilər Kiyevə Britaniya istehsalı “Storm Shadow”və Fransa istehsalı “SCALP”  qanadlı raketlərindən istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməyə icazə veriblər.

Böyük Britaniya və Fransanın bu qərarına səbəb ABŞ-dən aldıqları siyasi dəstəkdir. ABŞ isə Ukraynaya “ATACMS” raketlərindən istifadəyə icazə verib.  “Le Figaro”nun məlumatları silinməzdən əvvəl internetdə Britaniya raketinin 560 kilometr məsafə qət edə və Moskva ərazisindəki obyektləri dağıtmaq qabiliyyətinə malik olduğunu göstərən diaqramlar yayılıb. Lakin ekspertlərin fikrincə, belə xüsusiyyətlərə malik raketlərin Ukraynaya ötürülməsi ehtimalı azdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
42
50
konkret.az

10Sources