EN

“Kapsul” qida – 6 dəqiqəyə bol tərəvəzli yemək necə hazırlanır? – VİDEO

Dünyanın müxtəlif yerlərindən insanlar öz biznes modellərini, startuplarını tanıtmaq üçün COP29 konfransına, Olimpiya Stadionuna üz tutublar. 

Startupların hər biri ekoloji cəhətdən sağlam dünya yaratmaq naminə təsis edilib. İsrailin qida ilə bağlı yaratdığı startup isə xüsusilə diqqəti cəlb edir. 

Onlar tərəvəzlərin xarab olub tullanmaması və israfçılığa yol verilməməsi üçün "kapsul" qidalar yaradıblar. Belə ki, siz bu "kapsul"larla 6 dəqiqəyə sağlam və bol proteinlə qidalana bilərsiniz. 

Startupın nümayəndəsi İsrailli Ester Brantz bu barədə Bizim.Media-ya məlumat verib. 

"Müxtəlif tərəvəzlərin qurudularaq yaradıldığı bu "kapsul"ların üstünə isti su töküb 6 dəqiqə gözlədikdən sonra bol tərəvəzli yeməklə qarşılaşırsınız. İnsanlar fast-foodlarla qidalanmaq istəmirlər. Onlar artıq cəld formada sağlam qidalanmaq istəyirlər. Biz də bunu nəzərə aldıq".










Nuray, Bizim.Media

Chosen
55
45
bizim.media

10Sources