EN

Bu dərmanlar xəstəlik yaradır-UZAQ DURUN!

Bu dərmanları istifadə etmək sizin sağlamlığınıza daha çox zərər vurur.

Turkustan.az xəbər verir ki, antibiotiklərin bir çox yan təsirinin görülə biləcəyini ifadə edən İnfeksiya Xəstəlikləri Mütəxəssisi həkim Mustafa Sünbül bu barədə məlumat verib.

“Bunlardan ən çox görülənləri ürəkbulanma, qusma, ishal və dəridə qabıqlanma kimiyüngül yan təsirlərdir. Ancaq bəzən, nadir hallarda, allergik şok və sümük iliyinin basdırılması kimi ciddi yan təsirlər baş verə bilər. “Bəzi antibiotiklər qaraciyər və ya böyrəklərə zərər verə bilər. Antibiotiklər bir əsrə yaxındır ki, yoluxucu xəstəliklərin müalicəsində istifadə edilən dərmanlardır. Bu dərmanlar sayəsində milyonlarla insanın həyatı bahasına başa gələn xəstəliklər müalicə oluna bildi.

Antibiotiklər insan orqanizmində bakteriya olaraq təyin olunan mikrobları öldürən və ya onların çoxalmasının qarşısını alaraq xəstəlikləri müalicə edən maddələrdir.

Bakteriyalara qarşı təsirli olan antibiotiklərin virusların yaratdığı xəstəliklərə heç bir təsiri olmadığına diqqət çəkən Sünbül həmçinin qeyd edib ki, “Soyuqdəymə, qrip kimi virusların yaratdığı xəstəliklərdə qəbul edilən antibiotiklərin xəstəyə heç bir faydası yoxdur. Əslində, bu cür infeksiyalar üçün antibiotiklərin qəbulu davamlı bakteriyaların inkişaf riskini artırır. Son illərdə dünyada milyonlarla insanın ölümünə səbəb olan Covid-19 xəstəliyi həm də viral xəstəlikdir və ikincil bakterial infeksiya əlavə olunmadığı halda müalicədə antibiotiklər verilməməlidir. “Təəssüflər olsun ki, ölkəmiz antibiotiklərdən düzgün istifadə edilməməsi üzrə ilk sıralardadır".

Aytən Yaşar/ Turkustan.az

Chosen
27
turkustan.az

1Sources