EN

"Azərbaycanla görüşdə qalib gəlmək istəyirik"

"Bir neçə futbolçumuz var ki, zədəlidi. Həkimlərlə danışdıqdan sonra start heyəti ilə bağlı yekun qərarı verəcəm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqasının 6-cı turunda sabah millimizlə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Danimarkalı mütəxəssis matçda qələbənin onlar üçün vacib olduğunu bildirib:

"Şənbə günü Slovakiya ilə matçda futbolçularım hər şeyi etdilər. Meydanda hər şeyi edəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün çalışırlar. Bir oyunumuz qalıb və Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. Çünki C divizionunda dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq niyyətimiz var".

Qeyd edək ki, Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Chosen
12
2
football-plus.az

3Sources