EN

Rusiyanın daha bir vilayətində miqrantlara qadağa tətbiq olundu

Rusiyada miqrantlara uşaq bağçalarında işləmək qadağan edilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Novosibirsk vilayətində miqrantlara uşaq bağçalarında və taksilərdə işləmək qadağan edilib.

Bundan əlavə, 2025-ci ilin 1 yanvar tarixindən etibarən xarici vətəndaşlara spirtli içki və siqaret satan mağazalarda işləmək də qadağan olunacaq. Qanun qüvvəyə minənə qədər işəgötürənlərə işçi heyətini yeni tələblərə uyğunlaşdırmaq tapşırılıb.

2024-cü ildə Rusiyanın bir sıra regionları miqrantların iş imkanlarına məhdudiyyətlər tətbiq edib. Əksər məhdudiyyətlər ölkədə patent əsasında işləyən əcnəbilərə, o cümlədən Özbəkistan və Tacikistan vətəndaşlarına şamil olunur.

Miqrantların iş imkanlarını məhdudlaşdıran son regionlardan biri isə noyabrın ortalarında taksi və sərnişin nəqliyyatında işləməyi qadağan edən Həştərxan vilayəti olub.

Chosen
42
1
musavat.com

2Sources