Gürcüstan hökumətinin yeni tərkibi gələn həftə parlamentə təqdim olunacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə hökumətinin yeni tərkibi noyabrın 25-də təsdiq üçün parlamentə təqdim olunacaq.
Bu barədə Demokrat.az xəbər verir.
"Gələn bazar ertəsi hökumətin tərkibi etimad ifadəsi üçün Gürcüstan parlamentinə təqdim olunacaq",- deyə Kobaxidze hökumətin iclasında deyib.
Noyabrın 17-də Gürcüstanın müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları və vətəndaş fəallarının Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı yürüş keçirdikləri bildirilir.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib.
Əfsanə Kamal
Demokrat.az