“Airbus” şirkəti ilk H145M helikopteri Almaniya Silahlı Qüvvələrinə (Bundesver) təhvil verib.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, təlim üçün istifadə olunacaq ilk H145M helikopteri Almaniya Ordusunun Bükeburq bazasında xidmət göstərəcək.
H145M-in yüngül döyüş helikopteri rolunda olan vesiyasının isə 2025-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, Bundesver və “Airbus” arasında 82 ədəd H145M helikopterinin tədarükünü nəzərdə tutan müqavilə 2023-cü ilin dekabr ayında imzalanıb.