EN

Aİ Rusiya və İran gəmiçilik şirkətlərinə sanksiya tətbiq edib

Avropa İttifaqı Putin ordusunun Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran silahlarının çatdırılmasında iştirak edən Rusiya və İran gəmiçilik şirkətlərini cəzalandırıb.

Azpost.info xəbər verir ki, Aİ İran Dəniz Gəmiçiliyi Qrupunu (IRISL) və onun direktorunu, həmçinin üç Rusiya şirkətini (MG-Flot, VTS-broker və Arapaks) qara siyahıya salıb.

Bu barədə Avropa Şurasının saytında məlumat verilib. Məlumatda deyilir ki, IRISL gəmiləri uzun illərdir ki, SEPAH donanması üçün pilotsuz uçuş aparatları (PUA) daşıyır. Rusiya şirkətlərinə gəlincə, onlar Ukraynada döyüşən rus qoşunlarını yenidən təchiz etmək üçün İran istehsalı olan silah və sursatların, o cümlədən İHA komponentlərinin daşınmasında iştirak edirlər.

Azpost.info

Chosen
37
azpost.info

1Sources