EN

Ancelina Colinin pul problemi var - "Ferrari"sini və qızıllarını satır

Məşhur amerikalı aktrisa Ancelina Colinin maliyyə vəziyyəti pisləşib.

Qaynarinfo xəbər verir ki, 60 yaşlı Hollivud aktyoru Bred Pitdən boşanması səbəbindən vəkillərin xidmət haqqını ödəmək üçün o, mülkünü satmaq məcburiyyətində qalıb.

"RadarOnline" xəbər verir ki, Coli dəbdəbəli avtomobil və qarderobundan bəzi əşyalar satmalı olub. Cütlük 2019-cu ildə ayrılıb. O vaxtdan bəri onlar arasında əmlak bölgüsü və uşaqların qəyyumluğu ilə bağlı məhkəmə çəkişmələri gedir. Sonsuz məhkəmə çəkişmələri Hollivud ulduzlarının pul kisəsini əhəmiyyətli dərəcədə vurub.

Mənbələrə görə, hazırda sənətçinin xərcləri gəlirlərini xeyli üstələyir. Dostları 49 yaşlı Ancelinanı keçmiş əri ilə məhkəmə çəkişməsinə son qoymağa razı salmağa çalışsalar da, o, hələ də buna razı deyil.

"Ancelina dəli kimi pul xərclədi və indi pulsuz qalmamağın yollarını tapmalıdır", deyə mənbələr qeyd edirlər.

Aktrisanın maddi vəziyyəti o qədər kritikdir ki, 1958-ci il istehsalı olan "Ferrari" avtomobilini satmaq qərarına gəlib. Onun dəyəri 1,3 milyon dollardır. Bundan əlavə, Coli qarderobundan məşhur dizaynerlərin bəzi paltarlarını satmaq qərarına gəlib. O, həmçinin zinət əşyalarını, xüsusən də Pitin ona verdiklərini satışa çıxarıb.

"Vəkillərlə hər görüş onun üçün böyük hesaba çevrilir. Bu məhkəmə çəkişmələri minlərlə dollara başa gəlir və indi o anlayır ki, Bredlə bütün münaqişələrdə iştirak etmək imkanı yoxdur", deyə nəşr yazır.

Yeri gəlmişkən, Ancelina və Bred 5 il evli olub. Onların birlikdə altı övladı var: əkizləri Vivyen və Noks, qızları Şilo və Zahara, oğulları Paks və Maddoks. Yeri gəlmişkən, Vivyen atasının soyadından imtina edib. Artıq neçə ildir danışmadığı atası ilə heç bir əlaqəsinin olmasını istəmir.

Aydın

Chosen
23
9
qaynarinfo.az

10Sources