EN

"Samsung"un geri alım proqramı: Səhmlər niyə sürətlə dəyər qazandı?

Son dövrlərdə səhmlərin geri alınması proqramını elan edən şirkətlər sırasına daha biri əlavə olunub.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Cənubi Koreyanın elektronika nəhəngi "Samsung", gələn il üçün təxminən 10 trilyon von (7,2 milyard dollar) məbləğində geri alım proqramı həyata keçirəcəyini açıqlayıb. Bu xəbərin elan olunması ilə şirkətin səhmləri 7 faizdən çox dəyər qazanıb.

"Samsung"un səhmləri, süni intellekt bazarında yaddaş çipləri seqmentinin geridə qaldığına dair narahatlıqlar səbəbilə bu il təxminən 28 faiz dəyər itirmişdi. Analitiklər geri alım proqramının səhmlər üçün katalizator rolunu oynayacağını və bunun şirkətin təsisçi ailəsinin nəzarətini gücləndirəcəyini qeyd edirlər.

Geri alım qərarı gözlənilməz oldu

"JPMorgan Chase & Co."nun analitiki Cey Kvon (Jay Kwon) tÉ™dqiqat qeydlÉ™rindÉ™ bildirib: “Geri alım qÉ™rarı bizim üçün müsbÉ™t sürpriz oldu. "Samsung" rÉ™hbÉ™rliyinin sÉ™hmlÉ™rin qiymÉ™tinin daha da azalmasının qarşısını almaq üçün fÉ™al ÅŸÉ™kildÉ™ hÉ™rÉ™kÉ™t etdiyinÉ™ inanırıq. Lakin texnologiya liderliyini yenidÉ™n qazanmaq üçün yenidÉ™nqurma vÉ™ strategiya/É™mÉ™l planlarının orta vÉ™ uzun müddÉ™tdÉ™ sÉ™hmlÉ™rin qiymÉ™ti üçün daha vacib olacağını düşünürük.”

Planın ilk mərhələsinə əsasən, "Samsung" 2025-ci ilin fevralına qədər təxminən 3 trilyon von dəyərində səhmləri geri alacaq və onların hamısını bazardan çıxaracaq. Şirkətin idarə heyəti qalan 7 trilyon vonun necə istifadə ediləcəyinə qərar verəcək.

Təsisçi ailənin şirkət üzərində nəzarəti güclənəcək

"Clepsydra Capital"dən Sanxyun Park (Sanghyun Park) qeyd edib ki, geri alım proqramı qurucu ailənin şirkət üzərində nəzarətini möhkəmləndirməsinə kömək edəcək. Bu, bazarda açıq qalan səhmlərin azalması ilə mümkün olacaq.

Ailə üzvləri varislik vergilərini ödəmək üçün qrup şirkət səhmlərini girov qoyublar. Ailə üzvlərinin bir hissəsi həmçinin maliyyə qurumlarından borc almaq üçün səhmləri təminat olaraq istifadə edib. Lakin səhmlərin qiyməti müəyyən səviyyədən aşağı düşərsə, bu borclar marja çağırışı riskinə səbəb ola bilər.

Rəhim

Chosen
22
valyuta.az

1Sources