EN

Abşeronda fəhlə faciəvi şəkildə öldü

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.

"Ölkə.az" “Report”a istinadla verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.

1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
44
11
olke.az

10Sources