EN

COP-un Azərbaycana növbəti qazancı- "Silk Way" hava limanı tikəcək..

Image

Kamran Məmmədli: “Yeni hava limanı qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək”

Məlumdur ki, Azərbaycanda özəl aeroport tikiləcək. "Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşa edəcək. 

Məlumata görə, yeni yük hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq, yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.  Hava limanının tikintisinin 2026-cı ildə başa çatdırılacağı bildirilir.

Ekoloji məsuliyyətə sadiq qalmaqla yeni obyektin tikintisində qabaqcıl dayanıqlı texnologiyalardan, o cümlədən alternativ enerji mənbələrindən istifadə olunacaq və yük hava limanı ekoloji cəhətdən təmiz infrastruktur nümunəsi kimi tanınacaq.

Maraqlıdır, tikintisi 2026-cı ildə başa çatacaq bu hava limanının ölkəmiz üçün iqtisadi əhəmiyyəti nədən ibarət olacaq? Bakıda yeni və özəl hava limanı nələr vəd edir?

“Yeni hava limanı yerli və qlobal yükdaşıma tələbatını effektiv şəkildə qarşılayacaq”

Iqtisadçı Kamran Məmmədli hesab edir ki, bu ölkə tarixində mühüm bir hadisədir: “Yeni hava limanı yerli və qlobal yükdaşıma tələbatını effektiv şəkildə qarşılayacaq. Həmçinin, tərəfdaşlar, investorlar üçün xoş perspektiv sayılır. Məlumdur ki, daşımalarla bağlı bəzi çətinliklər var. Bu səbəbdən də, təkcə dəmiryolu nəqliyyatının üzərində köklənmək olmur. Vəziyyətdən çıxış yolu hava nəqliyyatından da bu işdə səmərəli istifadə olunmasıdır. Bu layihə dəmiryolu nəqliyyatının yükünü azaltmış olacaq və yüklərin daha operativ şəkildə çatdırılmasını təmin edəcək. Yeni hava limanı qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək”.

Ekspert hesab edir ki, yeni hava limanı  beynəlxalq standartlara uyğun olacaq. Zona Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək: “Eyni zamanda, Ələt Azad İqtisadi Zonasına çoxlu investorların, sərmayələrin cəlb edilməsi yeni iş yerinin yaradılması deməkdir. Bakı şəhərinin yaxınlığında yeni hava limanının tikilməsi Ələt Azad İqtisadi Zonasının daha səmərəli şəkildə istifadəyə verilməsi ilə bağlıdır”.

Günel CƏLİLOVA





Chosen
60
baki-xeber.com

1Sources