EN

Xarici media nümayəndələri Qobustanda - FOTO

Noyabrın 18-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub.

Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Qobustan Qaya Sənəti Mədəni Landşaftından başlayan mediaturda qonaqlar on minlərlə il əvvələ aid həyatı əks etdirən 6000-dən çox qədim petroqlifdən ibarət heyrətamiz kolleksiya ilə tanış olub, onlara Qobustan qaya rəsmləri, daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi aləti sayılan qavaldaş haqqında geniş məlumat verilib. Vurğulanıb ki, buradakı qədim qayaüstü təsvirlər ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunəsidir.

Daha sonra xarici media nümayəndələri dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən, zəngin biomüxtəlifliklə əhatə olunan Qobustan Palçıq Vulkanlarına ekskursiya edib, “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Bununla yanaşı, Palçıq Vulkanları Turizm Kompleksində jurnalistlərə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri, maketi və Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral barədə məlumat verilib.

 

XariciXariciXariciXariciXariciXariciXariciXariciXariciXarici

Chosen
28
15
avtosfer.az

10Sources