Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.
Referans.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.
1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.