Bu gün Livanın cənubundakı Sur Nəbatiyyə şəhərləri bombalanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə səkkiz tibb işçisi həlak olub.
Qeyd olunub ki, İsrail qırıcılarının zərbələri ilə bu gün Sur şəhərinin Qana bölgəsində iki tibbi işçisi öldürülüb: "Nəbatiyyənin Ərəbsəlim bölgəsində isə Hizbullaha bağlı İslam Sağlamlıq Təşkilatına aid bir xəstəxananın bombalanması nəticəsində isə 6 tibb işçisi həyatı ilə vidalaşıb"
Tahir Şəlvəli
MİA.AZ